KepezTV Player
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Albert Lixanovun “Dostluq” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısı Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanova anadan olmasının 85 illiyi münasibətilə təbrik məktubu da göndərib. "Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin xatirəsinə, binəsib uşaqların müdafiəsi kimi nəcib işə onun sanballı töhfəsinə, onunla birgə apardığınız, Sovet Uşaq Fondunun yaradılması ilə nəticələnən işə qayğıkeş münasibətinizi Azərbaycanda yüksək qiymətləndirirlər"-deyə təbrikdə qeyd edilib.
- Baxış: 152