• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 786
— 11.09.2020 19:50

Liqalar başlayır

KepezTV Player

Koronavirus pandemiyasına görə ölkəmizdə uşaq, yeniyetmə və gənclər arasında keçirilən bütün müntəzəm yarışlar dayandırılıb. Uzun illərdir ki, AFFA-nın bayrağı altında reallaşan liqa oyunları da bu sıradadır. Amma sevindirici xəbər var. Belə ki, yarışların gələn aydan etibarən start götürməsi planlaşdırılır.

Mütəxəssislərin həyacan təbili çalması koronavirus pandemiyasına görə mart ayından hazırlıq prosesləri və yarışlara uzun fasilənin verilməsi ilə bağlıdır. 5 aydan çoxdur ki, kollektiv halda məşqlər keçirilmir. Futbolçular bu müddətdə məşqçilərin tapşırığı əsasında fərdi çalışıblar. Hamının istəyi tezliklə meydanda görüşüb komanda hazırlığına başlamaqdır.

AFFA-nın oktyabrdan yarışlara başlamaq qərarı orta təhsil müəssisələrində əyani tədris prosesinin bərpası ilə bağlı Təhsil Nazirliyinin Operativ Qərargaha ünvanladığı təkliflər nəzərə alınaraq, qəbul olunub. 10, 11, 12, 13 və 14 yaşlı futbolçuların iştirak etdiyi liqaların oktyabrın 3-də, 15, 16 və 17 liqalarının həmin ayın 17-də başlanması nəzərdə tutulub.