• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2426
— 11.09.2020 11:45

Qardaş bacısını qətlə yetirdi

KepezTV Player

Mingəçevirdə qətl törədilib. 34 yaşlı Mirvari Məmmədova bıçaqlanaraq öldürülüb. Mingəçevir şəhər prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə və meyitə baxış keçiriblər. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İstintaqla mərhumun qardaşı 35 yaşlı Malik Məmmədovun mübahisə zamanı Mirvari Məmmədovaya çoxsaylı bıçaq xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.