• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 10.09.2020 20:37

Qarabağ əlilləri və şəhid ailələrinə yeni evlər verilib

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağstafa rayonunda inşa etdirdiyi 16 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təhvil verilib. Ölkədə ötən il bu kateqoriyalardan olan insanlara verilən evlərin sayı nəzərdə tutulandan bir neçə dəfə artıq olub. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə isə şəhid ailələrinə və müharibə əlillərinə azı 1500 mənzil və fərdi evin tikilib təhvil verilməsi istiqamətində işlər davam etdirilir. Ağstafa rayonunda istifadəyə verilən evlər də daxil olmaqla, indiyədək 584 fərdi evin inşası başa çatdırılaraq sahiblərinə təqdim olunub. Qalan mənzil və fərdi evlərin təhvil veriməsi ilin sonunadək başa çatdırılacaq. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və Qarabağ əlillərinə 8172 mənzil və fərdi ev təqdim edilib.

Alidə Həsənova şəhid ailəsinin üzvü:“Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətənimiz, torpağımız, millətimiz sağ olsun. Bizə gözəl ev tikilib. Suyumuz, qazımız, işığımız olacaq”.

Faiq Ağayev ƏƏSMN SXA-nın İdarə Heyəti sədrinin müavini:“Şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda gedən döyüşlərdə sağlamlığını itirənlərə 2018-ci ildə üç dəfə çox olmaqla 626, 2019-cu ildə isə 934 mənzil və fərdi ev verilib. Bu il isə ölkə başçısının tapşırığına əsasən, rekord sayda - ən azı 1500 mənzil və evin verilməsi planlaşdırılır”.