• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1262
— 10.09.2020 20:35

Gədəbəy sakinləri üçün pulsuz müayinə

KepezTV Player

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasında son 15 ildə 36 min  nəfər müayinə olunub. Klinkanın həkimləri  3 min nəfərə göz əməliyyat ediblər. Səyyar xidmətin növbəti ünvanı ucqar dağ rayonu Gədəbəy olub.

Səyyar klinkanın avtomobili səhər saatlarından Gədəbəy rayonuna gəlib. Klinikanın 3 həkim birqadası Gədəbəy rayon sakinləri üçün tibbi müayinə həyata keçirir.

Tibbi aksiya sosial izolyasiya qaydalarına uyğun olaraq təşkil edilib. Sakinlər ara məsafəsini gözləyərək növbə ilə səyyar klinikaya daxil olublar. Girişdə onların hərarətləri yoxlanılıb, dezinfeksiyaedici vasitələrdən də istifadə olunub. Qeydiyyata alınan sakinlər təyinatı üzrə səyyar klinikada müayinəyə göndəriliblər.

Rövşən Məmmədov sakin: Katarakda var idi. Müalicə ilə aradan götürüləcəyini dedilər və müalicə yazdılar.

Əsədulla Cəfərov sakin: Eşitdim ki, gəliblər, yoxlatdırmağa gəldim. Çox səmimi mehriban qarşıladılar, yoxladılar. Dedilər ki, heç nə yoxdu narahat olma.

Səyyar tibbi aksiyanın keçirilməsində məqsəd sakinləri vaxt itkisinə yol vermədən, operativ şəkildə elə yaşadıqları yerdəcə müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etmək olub.

Yazgül Abdıyeva Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri:Avtomobil səyyar klinkası vastəsi ilə bir gün ərzində biz 200 xəstə müayinə edə bilirdik. İndi pandemiyya dövründə biz o sayları azaldırıq. Çünki sosial məsafə, gigyenik qaydalara əməl edərək hər xəstədən sonra dezinfeksiya edici maddələrdən istifadə edərik. Ona görədə xəstə sayı azalıb. Əvvəl 200 nəfər idisə indi 60 nəfər müayinə edirik.

Paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə, Masallı və Şəki filialları da əhaliyə xidmət göstərir. Bütün filiallar ən son texnoloji avadanlıqlarla təchiz olunub. Milli Oftalmologiya Mərkəzinin təcrübəli həkimləri bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Bununla yanaşı, iki il öncə Mərkəzin Dəmiryolu Səyyar Klinikası da fəaliyyətə başlayıb.

Elnur Vahidoğlu