• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2110
— 10.09.2020 20:31

3758 nəfər imtahan verib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə imtahanlarında iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib. Gəncədə 15 binada təşkil edilən prosesdə 3758 nəfər iştirak edib. İmtahanları 378 zal nəzarətçisi və  44 imtahan rəhbəri izləyib.  Kütləviliyin qarşısının alınması məqsədilə iştirakçılar üçün binaya müxtəlif daxilolma vaxtları təyin edilib. İmtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən təyin olunan vaxtda başlayıb və heç bir qanun pozuntusu aşkar olunmayıb. 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur. 9-cu sinif üzrə buraxılış imtahanlarının nəticələri isə yaxın 3 gün ərzində elan olunacaq.

Vüqar Əsgərov DİM-in Gəncə Regional Bölməsinin aparıcı məsləhətçisi:1 saylı orta məktəbdə də imtahan keçirilir. İmtahanda 226 nəfər nəzərdə tutulub, lakin imtahana gəlmiyənlərdə var. İmtahanda 26 nəfər nəzarətçi müəllim və 3 nəfər nəzarətçi müəllim iştirak edib. Bütün iştirakçıların hamısı mövcud pandemiyya qaydasına uyğun təhlükəsizlik tədbirləri görülüb. Binaya daxil olan iştirakçıdan tələb olunur ki, maskadan istifadə etsin, onların əlləri spirtlənir və istilikləri ölçülür.