• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 10.09.2020 20:30

Keçid balı aşağı olacaq

KepezTV Player

Ali məktəblərə qəbul imtahanları, onların nəticələri, ixtisas seçimi, bütün bu məqamlar hazırda diqqət mərkəzində olan mövzulardır. Odur ki, Dövlət İmtahan Mərkəzi tələbə adını qazanmaq istəyənlər üçün mühüm xəbərlər verib. Onlardan indi hali olacaqsınız.

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçiminə başlanılıb. Proses sentyabrın 20-dək internet vasitəsilə aparılacaq. II ixtisas qrupunda keçid balı keçən ilkinə nisbətən aşağı olacaq.Müsabiqəyə buraxılan bakalavr və subbakalavrlar düzgün seçim eləsələr, əməkləri boşa getməz.

Məleykə Abbaszadə DİM-in Direktorlar Şurasının sədri: II qrupda 4053 nəfər 280 baldan yuxarı nəticə göstərib, onlar dövlət hesablı yerlərdə oxuya bilərlər, amma dövlət hesablı yerlər müxtəlif ixtisaslara aiddir. Burada ödənişli, yoxsa dövlət hesabına oxumaq hər bir abituriyentdən özündən asılıdır".

"Keçid balı 150-ə yaxın ola bilər"

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına imtahanlar 18 sentyabradək davam edəcək. Qabiliyyət imtahanından və müsahibədən uğurla keçən abituriyentlər müvafiq ixtisas qrupları üzrə müsabiqə şərtini yerinə yetirdikləri halda ixtisas seçimi zamanı digər ixtisasları da seçə bilərlər. Bu il V ixtisas qrupunda bədən tərbiyəsi və idman ixtisasları üzrə qabiliyyət imtahanları ləğv edilib.

Məleykə Abbaszadə DİM-in Direktorlar Şurasının sədri: Ola bilsin, bu il qabiliyyət imtahanı ləğv edilən bədən tərbiyəsi və idman ixtisaslarında keçid balı 150-yə yaxın olsun. Çünki bu il çox sənəd verənlərin sayı çoxdur. Birinci imtahanın nəticələrini müzakirə edəndə görürük ki, bu qrupa sənəd verən abituriyentlərin balları 150-dən yuxarıdır”.

Buraxılış imtahanlarının nəticələri nəzərə alına bilər

Məleykə Abbaszadə bu il qəbul imtahanlarının ikinci mərhələsində iştirak edən ötənilki abituriyentlərin ixtisas seçimi müsabiqəsinə buraxılması məsələsinə də toxunub.

Məleykə Abbaszadə DİM-in Direktorlar Şurasının sədri:Bu il qəbul imtahanlarının ikinci mərhələsində iştirak edən ötənilki abituriyentləri keçən il verdikləri buraxılış imtahanlarının nəticələrini nəzərə almaqla ixtisas seçimi müsabiqəsinə buraxa bilərik.

Təhsil haqları dövlət hesabına ödəniləcək

Müəyyən qrup təbəqəyə aid olan abituriyentlərin təhsil haqları dövlət hesabına ödənildiyi üçün onlar ali məktəblərə ixtisas seçimi zamanı dövlət sifarişli yerlər istisna olmaqla, ödənişli ixtisaslara qəbul olmaq üçün yerlər seçə bilərlər.

Kolleclərə ixtisas seçimi

11 illik təhsil bazasıdan kolleclərə ixtisas seçiminə gəldikdə isə...

Məleykə Abbaszadə DİM-in Direktorlar Şurasının sədri:11 illik bazadan kolleclərə ixtisas seçimi universitetlərə seçim bitdikdən sonra olacaq. <br>Yəqin sentyabrın sonunda kolleclərə ixtisas seçimi başlaya bilər.