Azərbaycanda saxta məcburi nişanların dövriyyəsinə görə cinayət məsuliyyəti müəyyənləşir. Saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə etmə, saxlama və satmaya görə 2 min manatdan 3 min manatadək cərimə və ya 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunacaq. Vətəndaş həmin malların digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmayacaq.Pərakəndə satış istisna olmaqla, məcburi nişanlama ilə nişanlanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma 1000 manatdan 2 min manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
- Baxış: 287