• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 10.09.2020 12:18

Avtomobillərin özgəninkiləşdirilməsi üçün dövlət rüsumu necə olacaq?

KepezTV Player

Nazirlər Kabinetinin minik avtomobilləri üzrə dövlət rüsumu müəyyən etməsi səlahiyyəti ləğv olunur. Bu, Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Dövlət rüsumu haqqında” təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, yaxın qohumlara bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək. Dövlət rüsumunun məbləği 10 manat olacaq.