• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 10.09.2020 12:07

Azərbaycan Ermənistanın 2 zabitini axtarışa verdi

KepezTV Player

Azərbaycan sərhədini qanunsuz keçib müdafiə mövqelərimizə basqın edərkən Ordumuz tərəfindən həyata keçirilən tədbirlər nəticəsində saxlanılan, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilən Qurqen Alaverdyanın ifadəsi və digər istintaq sübutlarına əsasən müəyyən edilib ki, Alaverdyan Azərbaycanın işğal olunmuş ərazisində qanunsuz yaradılan silahlı birləşmədə kəşfiyyat bölüyündə tağım komandiri olmaqla cinayətkar birliyin tərkibində təcavüzkar müharibənin aparılmasında iştirak edib. Bu il 23 avqustda xidmət etdiyi qanunsuz silahlı birləşmənin komandiri Vazgen Vartanyanın göstərişi ilə 2 nəfər erməni hərbçisi - Armen Camalyan və istintaqın hazırki mərhələsində şəxsiyyəti məlum olmayan digər şəxslə birlikdə Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərinə basqın edib. Habelə Alverdyanın cinayətkar birliyin tərkibində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iki nəfərdən çox üzvlərini milli ədavət və düşmənçilik niyyəti ilə, eləcə də terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub. Həmçinin, Ermənistan vətəndaşları, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda yerləşən postlarda müdafiəni təşkil edən qanunsuz silahlı birləşmənin komandiri Vazgen Vartanyan və  tağım komandiri Armen Camalyanın da eyni əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar icra olunması üçün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin “İnterpol”-un Milli Mərkəzi Bürosuna göndərilib.