• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 09.09.2020 20:10

Şokolad kimi olsa da neft deyil

KepezTV Player

Samuxda neftin çıxması barədə yayılan xəbərlərin izilə əməkdaşlarımız yollanıb adıçəkilən rayona. Məlum olub ki, quyu var, amma neft yox. Amma məsələ ciddi və maraqlıdır. Samuxun Gürcüstanla sərhəd olan hissəsinə, neft dalınca gedən Elnur Vahidoğlunun gətirdiyi barədə hazırlanan sujetdə tanış olacaqsız.

Danışan Bəxtiyar Muradovdur. Neft çıxdı, qiyamətdir, əla nefdir. Şokolad kimi...

İlk baxışdan elə Samux rayonunun "Eldar Qoruğu" yaxınlığında yerdən çıxan məhlul neftə oxşayır. Ətrafa yayılan qara rəngli maye, ərazidə qazılan quyular belə təxminin reallığa daha çox bənzədiyini deməyə əsas yaradır.

Ötən əsrin 70-ci illərində Samux rayonu ərazisində kəşfiyyat xarekterli neft quyularının qazıntısına başlanılıb. Rayonun Köbər kəndi ərazisində 3 ədəd bu cür neft quyusu qazılıb.

Kəşfiyyat xarakterli quyuların qazıntısı Dövlət Fond torpağında aparılıb. Amma kəşfiyyat məlumatları reallıqda təsdiqini tapmadığından qazılan quyulardakı borular siyirtmə ilə bağlanıb. İllər keçdikcə baş verən təbii proseslər nəticəsində ətrafa mayenin sızması belə gölməçələrin yaranmasına əsas olub.

Vidadi Ələkbərov - Qarağaşlı qəsəbəsi üzrə nümayəndə: Yeraltı qabarcıq sulardır, ola bilsin ki, yağ qarışır və o da çıxır. Heç kim istifadə etmir, burada qalıb. Kəşfiyyat xarakterli quyudur. Neft qarışıqlı sudur. Neft olsa buruq olar, daşıyarlar. Tərkibində az olduğuna görə istifadə etmirlər.

Belə məlum olur ki, quyularda həqiqətən də neft var. Amma tərkibi su ilə zəngin olduğundan istifadəyə yararsızdır.

Sərxan Kərimov - Qarağaşlı bələdiyyəsinin sədri: Burada Şəmkir ərazisində Qanlı Qobu deyilən yerin ətrafında böyük işlər aparılıb. Neftlə bağlı kəşfiyyat xarakteri olub. Bu da onlardan biridir. Möhürlənib və bizdə olan məlumata görə SOCAR-ın nəzarətindədir, qeydiyyatlarındadır. Bu axanda sudu, neft deyil. Sadəcə olaraq yerdən mazutla qarışır deyə elə görsənir, onun tərkibi sudur.

Bu hal əsasən də isti yay aylarında daha çox müşahidə olunur. Dövlət Neft Şirkətinin mütəxəssislərinin də ərazidə olduqları və çıxan məhluldan nümunə götürdükləri də deyilir.

Elnur Vahidoğlu