• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1568
— 09.09.2020 20:18

Yeni qaydalarla başlayan tədris ili

KepezTV Player

Builki bilik günündə Gəncənin orta məktəblərinə 18 min ibtidai sinif şagirdi qədəm qoyacaq. Amma yeni qaydalara uyğun şəkildə, pandemiyaya görə müəyyən edilən çərçivələr daxilində. Sentyabrın 15-dən başlayan yeni tədris ilində müəllim və şagirdləri gözləyən yeniliklərdən qarşıdakı sujetdə tanış olacaqsınız.

Artıq həsrət sona yetir. Bir neçə gündən sonra şagirdlər sevimli müəllimləri ilə görüşəcək, neçə vaxtdı ayrı qaldıqları məktəb yoldaşları ilə bir yerdə olacaqlar. Bu sevinci ilk olaraq ibtidai siniflərdə oxuyanlar yaşayacaq. Onlar da tam sinif olaraq yox, iki qrupa bölünməklə. Şagirdlər həftədə üç gün məktəbə gələcəklər.

Yeni tədris ilindən Gəncənin orta ümumtəhsil məktəblərindən şagirdlərin ara məsfələrinə xüsusi diqqət yetiriləcək. Məhz elə bunun üçün də uşaqların sinifdə partalarda sağ, sol qaydalarına uyğun olaraq əyləşdirilməsi nəzərdə tutulur.

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planları artıq müvafiq qurumlara göndərilib.

Anar Qədiməliyev - Gəncə Şəhər Təhsil İdarəsinin müdiri: Məktəblərdə ən böyük siniflər dərslər təşkil olunsun, ara məsafəsi 1, 5 olmalıdır. Müəllimlər bunu təmin etməli və məktəb rəhbərliyi bunu nəzarətdə saxlamalıdır. Biz də mütamadi olaraq bu məsələləri nəzarətdə saxalayacağıq. Digər operativ qərargahın tövsiyyələrinə də əməl olunmalıdır.

15 sentyabrda ibtidai sinif şagirdləri ilə yanaşı yuxarı siniflər üçün də dərslər başlayacaq. Amma onlayn qaydada. Məktəblərdə dərslər 45 dəqiqə olsa da, distant formada 30 dəqiqə davam edəcək.

Anar Qədiməliyev - Gəncə Şəhər Təhsil İdarəsinin müdiri: Müəyyən dərslər pedaqoji şuranın qərarına görə o dərslər birləşir və dərslərə az vaxt sərf olunur. Burda hansısa uşaq nəyi isə qaçırda bilər. Bu baxımdan öyrənmə məsələsində bir problem yaşamamaq üçün onlayn dərslərdən, eləcə də televiziya dərslərindən mütləq istifadə etməliyik. Valideynlərdən xahişim ondan ibarətdir ki, uşaqlarınızın onlayn və televiziya dərslərinə baxmalarına dəstək olub, nəzarət edəsiniz.

Artıq məktəblərdə də tədris ilinin hazırlıqları gedir. Sosial izolyasiya qaydalarına riayət olunmaları proses təşkil ediləcək.

Mətanət Rzayeva - 18 nömrəli məktəbin direktoru: Giriş qapılarında ayaq altına biz müxtəlif dezinfeksiya edici maddələr hopdurulmuş hisəcəiklər salacağıq. Sanuzellər də tamami ilə gigyenik qaydalara uyğun qurulub. Pedallı salafan torbalara keçirilmiş şəkildə zibil qabları qoyulub. Texniki işçilər lazımsız zibilləri götürəcək. Maye və quru sabunla təmin etmişik. Hətta müxtəlif dezinfeksiya edici maddələri də yerləşdirmişik. )) ((K/A)) Gəncədə bilik günündən öncə 46 məktəbin hamısı dezinfeksiya da ediləcək.

 

Elnur Vahidoğlu