• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 09.09.2020 19:58

Agentlik vətəndaşlara müraciət etdi

KepezTV Player

"Biz vətəndaşlardan xahiş edirik ki, hotellərdə pandemiya ilə əlaqədar qaydaların tətbiqi məsələsində hər hansı problemin yarandığını gördükdə bu barədə mütləq Dövlət Turizm Agentliyinə məlumat versinlər". Agentliyin mətbuat katibi Kənan Quluzadənin sözlərinə görə, qaydalara əməl olunması ilə bağlı artıq 3 həftədir ki, keçirilən monitorinqlərin nəticələri hələlik müsbətdir. Tədbirlər 229 hoteli əhatə edib. Hazırda mehmanxanalar üçün hazırlanan SAHMAN nişanı qaydalara riayət edən hotellərin üzərinə vurulur.