• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 09.09.2020 19:50

Turizm şirkətləri işi bərpa edə bilərlər

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən karantin şərtlərinin yumuşaldılması, bir sıra fəaliyyət sahələrinin bərpası, eləcə də rayonlara giriş-çıxışa tətbiq edilən məhdudiyyət aradan qaldırıldığı üçün uzun müddət fəaliyyət göstərməyən turizm şirkətləri yenidən öz işini bərpa edə bilərlər. Bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) açıqlamasında bildirilir. Şirkətlərə Nazirlər Kabinetinin qərarına əsasən, təsdiq edilən metodiki göstərişlərin tələblərinə riayət etməklə ofis şəraitində işləməyə icazə verilir. Vətəndaşların və işçi personalının sağlamlığına xüsusi önəm verilməlidir.