• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 08.09.2020 20:19

Spirtli içki hazırlayanların işi məhkəməyə göndərildi

KepezTV Player

Bakı şəhər sakinləri Sərxan Bayramovun, Mustafa Mustafayevin, Yusif Hüseynovun ayrı-ayrı vaxtlarda spirtli içkilərin təsirindən zəhərlənərək tibb müəssisələrində vəfat etmələri faktları ilə bağlı cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. İstintaqla hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Səlim Seyidovun icarəyə götürdüyü paytaxtın Nizami rayonu ərazisində yerləşən «Siqaretlər» adlı marketdə əhaliyə ərzaq məhsullarının pərakəndə satışını həyata keçirərkən müvafiq qaydada dövlət qeydiyyatına alınmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vüsal Müseyibzadə və istintaqla müəyyənləşdirilməsi davam etdirilən digər şəxslərlə cinayət əlaqəsinə girib əlbir olmaqla daha çox qazanc əldə etmək məqsədilə ucuz və pis keyfiyyətli saxta spirtli içkiləri alıb orijinal məhsul kimi baha qiymətə satışını təşkil ediblər. Onların istehlakçı fiziki şəxslərin, o cümlədən Mustafa Mustafayev və Yusif Hüseynovun təhlükəsiz yaşamaq hüquqlarına və qanuni mənafelərinə zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib. Səlim Seyidov və Vüsal Müseyibzadə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.