• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 08.09.2020 20:55

Övladını məktəbə göndərmək istəməyənlər üçün şərtlər

KepezTV Player

“Virus riskindən qorxaraq övladlarını məktəbə göndərməyə ehtiyat edən valideynlərin mənafeləri nəzərə alınıb”. Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib ki, belə valideynlər məktəb rəhbərliyinə yaxınlaşaraq xüsusi iltizam formasına qol çəkməlidirlər: “Bu, məlumatlandırma və öhdəliklər haqqında xüsusi formadır. Öhdəliklərdə şagirdlərin virtual dərslərdə iştirakına, teledərslərə baxmasına, müəllim tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsinə, məktəbdə müntəzəm keçiriləcək kiçik və böyük summativ qiymətləndirmələrdə iştirakına təminat verilir. Öhdəliklərə əməl edilməsə, bu cür şagirdlər sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər.