• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 08.09.2020 12:08

"Virtual məktəb"də qeydiyyat müvəqqəti dayandırılır

KepezTV Player

Bu gündən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır. Bu,yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır. Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək. Bu müddət ərzində qeydiyyatdan keçən və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.