KepezTV Player
Bu gündən ölkədə karantin rejimi yumşaldılıb. Gecə saat 12-yə qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib.Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb. Lakin şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna təşkil edir. Eyni zamanda ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərə qədər toplaşmasına icazə verilib.
- Baxış: 507