• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 895
— 07.09.2020 19:34

Sürücülər çətinlik çəkirlər

KepezTV Player

Sıradakı süjetimiz Yevlaxlı sürücüləri narahat edən məsələ barədədir. Şəhərdəki prospektlərdən birində asfalt örtüyünün bir hissəsini yararsız hala salıblar. Səbəb və nəticədən indi xəbər tutacaqsınız.

Yevlax şəhəri Heydər Əliyev prospekti 14 ünvanında inşa olunan yeni binaya içməli su xətti çəkmək üçün yolda qazıntı işi aparılıb. Yolun asfalt örtüyünün bir hissəsi qazılaraq çıxarılıb. Amma həmin yerdən kommunikasiya xətti keçirildikdən sonra yolu yenidən təmir etmək nədənsə yaddan çıxıb. Nəticədə həmin yerdə çökək yaranıb. Sürücülər deyir ki, nəqliyyat vasitələri ilə hərəkət edərkən həmin çökəkdən keçmək məcburiyyətində qalırlar. Nəticədə isə avtomobillərin alt hissəsi yerə dəyərək zədələnir. Yolun həmin hissəsinə asfalt örtüyünün təmirsiz olduğunu göstərən xəbərdarlıq nişanı da qoyulmayıb ki, sürücülər ora çatanda sürətli azaltsınlar.

Yevlax Şəhər İcra Hakimiyyətinin baş memarı Xalid Əhmədov şifahi olaraq bildirdi ki, yolu təmir etmək üçün bir neçə gün lazım gələcək. Bu günlər ərzində qazılmış hissə avtomobillərin hərəkəti nəticəsində bərkiməli ondan sonra asfalt örtüyü vurulmalıdır. Müstəqil ekspertlər isə deyir ki, bunun üçün çox gözləmək lazım deyil. Texnikaların köməyilə yolun həmin hissəsində torpaq qatını bərkidib asfaltlamaq mümkündür.