Sentyabrın 8-i saat 00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun giriş-çıxışlarındakı karantin polis postları fəaliyyətini dayandıracaq. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib. "Postlarda bəzi texniki avadanlıqlar var ki, onlar hələlik orada qalacaq, amma fərdi avtomobillər və taksilərin hərəkətinə qadağa aradan qaldırılacaq. Rayonlara və rayonlardan Bakı, Sumqayıt və Abşerona sərnişindaşıma hələlik yalnız fərdi avtomobillər və taksilərlə olacaq. Yalnız fərqlənmə nişanı olan, rayonlara sərnişin daşımağa icazəsi olan taksilər fəaliyyət göstərə biləcək. Avtobuslarla hələki icazə verilmir. Çünki Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında ictimai nəqliyyatla sərnişindaşıma qadağandır". Sitatın sonu.
- Baxış: 255