Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanılıb. Qrup halında rayonun küçələrində digər hərəkət iştirakçılarına təhlükə yaşadanlar sırasında sürücülük hüququ olmayanlar da var. Hərəkət iştirakçılarına təhlükəli anlar yaşadan belə sükan sahibləri sürücülük hüququndan məhrum olunmaqla inzibati qaydada həbs ediliblər.
Şəmkir Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb. Rayon sakinləri, Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırov əvvəlcədən planlaşdıraraq, qrup şəklində “VAZ 2107” markalı avtomobil karvanı ilə yollarda intizamsızlıq edibl’r/ bununla da özlərinin və digərlərinin həyatını təhlükəyə atıblar.
Səbuhi Əmiraslanov - Şəmkir Rayon DYP bölməsinin rəis müavini: Göstərilən nəqliyyat vasitələrinin sürücüləri Şəmkir rayonu ərazisində müxtəlif vaxtlarda qrup şəklində avtoxulinlıq hərəkətləri etdikləri üçün tərəfimzidən Dövlət Yol Polisi bölməsinə dəvət olunub. Sürücülərin hər biri ilə ayrı-ayrılıqda proflaktiki söhbətlər aparılıb.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqları azmış kimi etdikləri əməllləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə ictimailəşdirənlər səhv etdiklərini anlayıblar.
İlkin Əhmədzadə - avtoxuliqanlıq edən şəxs: Öz maşınımla uşaqlarla dağa gedirdik. Gördüm uşaqlar avtoyuma məntəqəsindədir. Onların yanına getdim. Sonra uşaqlarla bir az fırlandıq. Onu biz fırlananda kimsə videoyaya çəkib.
Hüseyn Tağıyev - avtoxuliqanlıq edən şəxs: Gördüm avtoyuma məntəqəsinin yanına yığışıblar. Ora gəldim. Heç nə maşın sürdük.
Saxlanılan şəxslər barəsində yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı həmin şəxslər sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs ediliblər.
Natiq Hüseyn
- Baxış: 1881