• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1090
— 05.09.2020 20:25

Yeni dərs ilinə hazırlıq

KepezTV Player

Növbəti tədris ilinin başlanması ilə əlaqədər olaraq bütün təhsil müəssisələrində olduğu kimi Mədəniyyət nazirlıiyinin tabeçiliyində olan uşaq musiqi məktəblərində də hazırlıq işəri görülür. Samux rayonunda fəaliyyət göstərən üç analoji tədris müəssisəsində dezinfeksiya edilir. Bütün sinif otaqları, şagird və müəllimlərin gündəlik istifadə edəcəkləri ərazilər xüsusi məhlullarla yuyulur. Artıq musiqi məktəbləri lazımi inventar və drsliklərlə tam təchiz edilib və sentyabrın 15-dən tərtib olunan cədvəl əsasında xüsusi istedada malik uşaqlar istedadlarını nümayiş etdirə biləcək. Samuxdakı musiqi məktəblərindən biri rayon mərkəzində, digər ikisi kən və qəsəbədə fəaliyyət göstərir. 1000-ə yaxın şagird musiqi təhsili ilə 237 müəllim məşğul olur.

Süleyman Əliyev Gəncə Regional Mədəniyyət İdarəsinin baş məsələhətçisi: Uşaq musiqi məktəblərində mütəmadi şəkildə təmizlik deinfeksiya işləri aparılır. Məktəblər tam hazırdır. İnanırıq ki, bu tədris ilində Samux məktəbliləri və müəllimləri uğurla yeni tədris ilinə başladıqları kimi uğurlada dərs ilini başa vuracaqlar.

Natiq Hüseyn