Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə ölkədə kənd təsərrüfatı heyvanlarının sığortalanması nəzərdə tutulur.Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ilk olaraq 1-7 yaşlı südlük inək və camışlar sığortalanıг.Sonrakı mərhələlərdə sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişlənəcək.Karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklərlərlə yanaşı,heyvan sahiblərinin istəyindən asılı olaraq, əlavə sığorta haqqı ödəməklə, heyvanları oğurluq, soyğunçuluq və quldurluq hallarından da sığortalamaq mümkün olacaq.Fermerlər və təsərrüfat sahibləri onlara məxsus olan kənd təsərrüfatı heyvanlarını sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və Aqrar sığorta sisteminə daxil olan vasitəçi sığorta şirkətlərinin ofislərinə müraciət etməlidirlər.
- Baxış: 222