KepezTV Player
Avqustun sonuncu həftəsində Rusiyadan quru sərhədi ilə Azərbaycana təxliyə olunan vətəndaşlardan götürülən testlər nəticəsində 33 nəfərdə COVİD-19 infeksiyası aşkar olunub. Əvvəlki aylarda həyata keçirilən təxliyələr zamanı testləri pozitiv çıxmış vətəndaşlarımızın sayı cüzi olsa da, qeyd edilən həftədə kəskin artım müşahidə olunub. TƏBİB bir daha xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq arzusunda olan vətəndaşlarımızı olduqları ölkənin sanitar-epidemioloji qaydalarına ciddi şəkildə riayət etməyə çağırır.
- Baxış: 199