• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2309
— 02.09.2020 19:01

Saxta pula görə saxlanıldılar

KepezTV Player

Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Polisə avqustun 21-də Yasamal rayonu ərazisində mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əsginas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub. Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları dövriyyəyə buraxmaqda şübhəli bilinən, paytaxt ərazisində kirayə yaşayan Xaləddin Məmmədov və pulları hazırlayan, Ağcəbədi rayon sakini əvvəllər məhkum olunan Rəşadət Hacıyev saxlanılıb. Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və Məmmədovdan əlavə olaraq 8 ədəd saxta 50 manatlıq əsginas götürülüb. Araşdırmalar davam etdirilir.