• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1494
— 02.09.2020 19:15

Partiya binasından oğurluq edənlər saxlanılıblar

KepezTV Player

Bakının Binəqədi rayonu ərazisində “Müsavat” partiyasının yerləşdiyi binadan 2 ədəd kondisioner oğurlayan dəstə üzvləri saxlanılıblar. Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi, Binəqədi Rayon Polis İdarəsi və 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkumlar - Zəngilan rayon sakinləri Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov tutulub. Oğurluq yolla əldə etdikləri kondisionerlər maddi sübüt kimi götürülüb. Faktla bağlı açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.