• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 02.09.2020 12:13

Türkiyə tarixinin şanlı səhifələri

KepezTV Player

Qardaş Türkiyə tarixinin ən önəmli səhifələrindən biri də Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür.&nbsp;1922-ci ildə Türkiyə ordusu Mustafa Kamal Atatürkün komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib. Türkiyəni zəfərə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. Türk millətinin və Türkiyə dövlətçiliyinin var olduğunu dünyaya və Qərb müttəfiqlərinə qəbul etdirmək üçün hər şeydən öncə hərb meydanında zəfər lazım idi.<br>1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirib. 1922-ci ilin avqust və sentyabr aylarında türk qoşunlarının düşmənlə mübarizəsində 13 min əsgər canını fəda edib. Azərbaycan və Türkiyə xalqının ürəyi o dövrdə də bir döyünüb. Bakıda "Çırpınırdı qara dəniz" sədaları eşidilib. Bu zəfər türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb. Bir il sonra, Türkiyə Cümhuriyyətini elan edilib.