• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 792
— 01.09.2020 20:37

Tarixi abidəyə müdaxilənin qarşısı alınıb

KepezTV Player

Tovuz rayonu Vahidli kəndində yerləşən "Qala düzü" abidəsinə müdaxilənin qarşısı alınıb.Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına görə,"Qala düzü" abidəsinin yerləşdiyi ərazidə restoran tikilməsi məqsədilə qazıntı işlərinin aparılması barədə Dövlət Xidmətinə məlumat daxil olub. Əraziyə baxış keçirilərkən arxeoloji abidənin yerləşdiyi ərazidə iri texnika vasitəsilə hamarlanma işlərinin aparılması faktı aşkar olunub. Aparılan işlər dayandırılıb, məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət olunub.Nazirlər Kabinetinin qərarı ilə “Qala düzü” abidəsi yerli əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına götürülüb.