KepezTV Player
Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində müasir əsgəri-məişət kompleksləri tikilərək şəxsi heyətin istifadəsinə verilib. Uca zirvələrdə qış daha sərt keçdiyindən birinci eşelon bölmələri qışa hazırlıq tədbirləri çərçivəsində isti geyim, yanacaq, içməli su, ərzaqla, eləcə də digər zəruri ehtiyatlarla qabaqcadan və ilk növbədə tam təmin edilib.
- Baxış: 408