• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 01.09.2020 18:53

Gəncədə yığılacaq, xaricə satılacaq

KepezTV Player

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində yığılan elektrobusların Türkiyəyə satışı həyata keçirilə bilər. Artıq bu istiqamətdə danışıqlara başlanılıb. Nəqliyyat vasitələrinin digər ölkələrə satışı məsələsi də diqqətdə saxlanılır.

Müasir dizayna malik “E-321” elektrobuslarının yığımına Gəncə Avtomobil Zavodu ilə Belarus şirkəti arasında 2019-cu ildə  bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində başlanılıb.  Pilot olaraq artıq 4 elektrobus yığılıb. Saatda 60 kilometr sürətlə hərəkət edən nəqliyyat vasitəsinin akkumlyatoru 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur.

Bu elektrobuslar həm yanacaq baxımından, həm də ekoloji baxımdan çox sərfəlidir. Elektobuslar 26 oturcaqlıdır və 83 sərnişin daşımaq mümkündür.

Gəncə Avtomobil Zavodu elektobusların Azərbaycanın hüdudlarından kənarda satışının həyata keçirilməsi ilə bağlı danışıqlar aparır. Bu istiqamətdə gələcəkdə böyük layihələr nəzərdə tutulur.

Məqsəd Rəhimov "Gəncə Avtomobil Zavodu" İB-nin mətbuat katibi: Müəsisəmizin serviz və marketinq xidməti mütamadi olaraq işlər aparır, danışıqlar gedir. Qonşu Türkiyə ilə Gürcüstanla hətta Orta Asiya ölkələri ilə danışıqlar aparılır. Bu danışıqların biri artıq müsbət nəticələnmək üzrədir. Türkiyənin böyük şəhərlərindən biri ilə elektrobusların satışı ilə bağlı ilkin razılaşma əldə olunub. Hazırda nümayəndə heyyətimiz Türkiyədədir. Ümidvarıq ki, yaxın günlərdə bu danışıqlar öz müsbət həllini tapacaq və müqavilələr imzalanacaqdır. Yəqin ki, yaxın vaxtlarda Türkiyə şəhərlərində Gəncə Avtomobil Zavodunun İstehsal etdiyi elektrobuslara rast gələ biləcəyik.

Elektobuslar enerji ilə doldurulduqdan sonra  yürüş məsafəsi 40 km-ə qədərdir.  Axşam sistemi, eləcə də istilik və soyutma sistemlərindən istifadə olunarsa, bu rəqəm 22-26 km-ə çatır. Bu da sərnişindaşımada nəqliyyat vasitəsinin xətt boyunca hərəkəti üçün kifayət edir.

Elnur Vahidoğlu