Koronavirusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Gəncə, eləcə də Mingəçevir, Yevlax, Cəlilabad, Masallı şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları bugündən sərt karantin rejimi zonasından çıxarılıb. Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi isə 30 sentyabr saat 00-dək uzadılıb. Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edir. Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.<br>Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.<br>Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.
- Baxış: 1373