Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda, ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda nəzarət-profilaktik tədbirlər həyata keçirilib. Avtobuslarda maskadan istifadə etməyən sərnişinlər müəyyən edilərək cərimələniblər. Açıq havada fəaliyyət göstərən iaşə obyektlərində karantin rejimi qaydalarının pozulmadığı aşkar edilib. Qapalı məkanlarda da insanların maskalardan istifadə etmədiyi aşkarlanıb və lazımi tədbirlər görülüb.
- Baxış: 1225