Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə dezinfeksiya işləri davam etdirilir. Şəhərin Yeni Gəncə yaşayış massivində çoxmərtəbəli binalarda növbəti dəfə dezinfeksiya aparılıb. 93 binanın həyəti, girişlər, pilləkənlər və liftlər Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 30 əməkdaşı tərəfindən xüsusi apartlarla dərmanlanıb. İşlər qəsəbə ərazisindəki park və istirahət guşələrini də əhatə edib. Şəhərin digər ərazilərində də çoxmərtəbəli yaşayış binaları təkrar dezinfeksiya olunacaq.
İlqar Əsədov - Gəncə Şəhər MKTİB-in rəis müavini: Məhlulu dezinfeksiya idarəsindən götürürük. Onlar məhlulun tərkibini xloramin və digər məhlullarla qarışdırıb verirlər. Biz də ondan hazır vəziyyətdə istifadə edirik. Karantin rejiminin yumşaldılmasından sonra açıq hava şəraitində faəliyyət göstərən ictimai iaşə obyektlərinin ərazilərində dezinfeksiya işçiləri tərəfindən mütamadi olaraq dezinfeksiya işləri aparılır.
Nurəddin Tağıyev - sakin: Yaşayış binaları mütəmadi olaraq tez-tez dezinfeksiya olunur. Nə lazımdır diqqətdə saxlayırlar. Hər zaman gəlib dezinfeksiya edirlər.
- Baxış: 629