• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 27.08.2020 20:42

Təhlükə yaradan ağaclar

KepezTV Player

Gəncədə ilin əvvəlindən indiyə kimi qəzalı vəziyyətdə olan, eləcə də qurumuş ağacların kəsilməsi ilə bağlı şəhər Yaşıllaşdırma şöbəsinə 95 ərizə daxil olub. Ərizələr əsasında bu ağaclardan  60-ı şöbənin xüsusi briqadası tərəfindən kəsilərək ərazidən uzaqlaşdırılıb. Hazırda təyin olunan qrafikə uyğun olaraq mərhələli şəkildə şəhərin müxtəlif ərazilərində olan 35 ağacın da kəsilərək götürülməsi həyata keçirilir. Yaşıllıqların məhv olunması, ağacların icazəsiz kəsilməsi qanunla qadağandır. Bu əmələ görə fiziki şəxsləri 3-10 min manat, hüquqi şəxləri isə 20 min manata qədər cərimə gözləyir.

Orxan Sadıqov Gəncə Şəhər MKTİB-in Yaşıllaşdırma şöbəsinin rəis müavini: Heç bir idarə, heç bir vətəndaşın icazəsi yoxdur ki, özü hər hansı bir ağacı kəssin və yaxud da xətər yetirsin. Buna Ekologiya İdarəsi tərəfindən nəzarət olunur. Onlar tərəfindən qeydə alınır. Əgər belə bir hal baş verərsə dərhal onlar cəzalandırılaraq cərimələndirilir. Qəza vəziyyətin də olan ağacları vətandaşlar Ekalogiya idarəsinə müraciət edir. Baxış nəticəsində gələn cavabla bağlı bizə müraciət olunur. Ərizə əsasında hansı ağacın hansı hissəsi və yaxudda necə kəsilmək olduğu tərəfimizdən qeydə olunur. Xüsusi birqadamız tərəfindən qəzalı olan ağaclar aradan qaldırılır.

Etibar Hüseynov sakin: Qasımbəy Zakir küçəsi, 14 nömrəli evdə yaşayıram. Evim qəzalı vəziyyətdədir. Həm evin dam örtüyü qırılıb,  həmdə evin barısını ağac əyib. Nizami Rayon İcra Hakimiyyətinə müraciət elədim, onlar da ağacı kəsmək üçün  mənə icazə verdilər. Ekologiya İdarəsindən kağız aldım, gəldilər sağ olsunlar, ağacı budadılar.