• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 740
— 27.08.2020 21:01

Şagirdlər payız imtahanı verirlər

KepezTV Player

Gəncənin ümumtəhsil müəssisələrində yay tapşırığı alan şagirdlər üçün payız qiymətləndirmə imtahanı keçirilib.  Təhsil Nazirinin əmirinə əsasən təşkil olunan prosesdə Gəncənin 46 orta məktəbindən ümumilikdə 126 şagirdin iştirakı nəzərdə tutulub. Onlardan 68-i Azərbaycan,  58-i isə rus bölməsi üzrə təhsil alan 5-8-ci və 10-cu sinif şagirdidir. Artıq 48-i rus, 20-si Azərbaycan bölməsi üzrə olmaqla 68 məktəblinin payız imtahanı yekunlaşıb. Qiymətləndirmə prosesində cari tədris ilində birinci yarımildə dərsdə üzürlü və üzürsüz səbəbdən iştirak etməyən, öz cari qiymətlərindən  narazı olan şagirdlər də iştirak ediblər. Mövcud pandemiya vəziyyəti ilə əlaqədar imtahanlar  açıq havada keçirilir. Şagirdlər maska ilə, ara məsafəsi saxlanılmaqla tək-tək əyləşdirilir. Suallar daxili qiymətləndirməyə uyğun orta ümumtəhsil məktəblərinin müəllimləri tərəfindən tərtib olunub.

Söhrab Hacıyev Gəncə Şəhər Metodik Mərkəzin direktoru: 14 ümumtəhsil məktəbində həyata keçilir. Bu da qrafikə uyğun bütün məktəblərdə baş tutacaq. Təhsil İdarəsi tərəfindən prosesə nəzarət olunur. Həm də pandemiya şəraitinə uyğun olaraq qiymətləndirmə olur. Hazırda 44, 12, 39 nömrəli orta məktəbdə imtahan həyata keçilib. Proses avqust ayının sonuna kimi davam edəcək.