• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 27.08.2020 20:55

300-dən artıq şəxs testdən keçirilib

KepezTV Player

Azərbaycanda COVİD-19 virusunun aşkarlanması ilə bağlı pilot layihə kimi həyata keçirilən seroloji test üçün 300 nəfərdən artıq şəxsdən qan nümunəsi götürülüb.Onların içərisində xəstəliyi asimptomatik keçirənlər də aşkarlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mikrobiologiya üzrə işçi qrupunun rəhbəri Qumral Ələkbərovanın sözlərinə görə, pilot layihə vətəndaşlar arasında normal qarşılanır və əhali artıq bu testdən keçməyə könüllü müraciətlər edir. Virusu bir çox insan asimptomatik keçirir. Bu xəstəliyin simptomları çox vaxt özünü biruzə vermir, əlamətləri olmur. Amma bu virusa yoluxan şəxsin sağalandan sonra orqanizmində COVİD-19-a qarşı immunitet yaranır. Seroloji test nəticəsində qan nümunələri ilə həmin immunitet aşkarlanır. Testin insan orqanizminə heç bir fəsadı yoxdur. Artıq gələn həftədən etibarən seroloji testlər Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıtda da həyata keçiriləcək".