• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2129
— 27.08.2020 20:30

Maskasız sürücülər və sərnişinlər

KepezTV Player

Pandemiya zamanında virusdan qorunmaq üçün əməl edilməsi vacib qaydalardan biri də tibbi maskalardan istifadədir. Baxmayaraq ki, vaxtaşırı bu istiqamətdə maarifləndirci yoxlamalar aparılır, təəssüflər olsun ki, yenə də qaydalara əməl etməyən vətəndaşlara rast gəlinir. Xüsusilə qapalı məkanlarda, ictimai nəqliyyatda qoruyucu vasitələrdən istifadə zəruri olduğu halda bir çoxları buna məhəl qoymurlar. Gəncə polisinin ictimai nəqliyyatda apardığı yoxlamalar zamanı qoruyucu vasitələrdən istifadə etməyən xeyli sayda sürücü və sərnişinə rast gəlinib.

Bəziləri tibbi maskalardan düzgün istifadə etmir, bir çoxları isə yalnız polisi gördükdə maska taxırlar. Görüntülər Gəncə şəhərinin müxtəlif ərazilərindəndir. Əsasən mərkəzdən kənar yerlərdə ictimai nəqliyyatda bir çox sərnişinin qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Tibbi maskadan istifadə etmədiyi azmış kimi ictimai nəqliyyatda qaydaları pozaraq nəzərədə tutulandan artıq sayda sərnişin daşıyan sürücülərə də rast gəlinib. Belə sükan sahibləri müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışıblar.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən analoji tədbirlər gündəlik olaraq davam etdirlir.