• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2013
— 27.08.2020 12:43

ÜST-dən məktəblərin bərpası ilə bağlı açıqlama

KepezTV Player

COVID-19 pandemiyası təhsil sisteminin fəaliyyətində misli görünməmiş kəsintiyə səbəb oldu və hazırda əsas məqam tədris müəssisələrinin fəaliyyəti bərpa olunduqdan sonra maksimum dərəcədə təhlükəsiz işin təmin olunmasıdır. Bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatından məlumat verilib.“Əgər biz virusun yayılmasına nəzarət edə bilsək, tədris müəssisələrinin açılması həm şagirdlər üçün, həm də orada işləyənlər üçün təhlükəsiz olacaq. Avqustun 31-də ÜST-ün Avropa regional bürosu 53 üzv-dövlət üçün COVID-19-la mübarizə çərçivəsində məktəb tədrisi üzrə virtual iclas keçirəcək”. Təşkilat nümayəndəsinin sözlərinə görə,uşaqların xəstəliyi ağır formada keçirməsi şansları az olsa da, onlar virusun yayılmasının mənbəyi ola bilərlər.