KepezTV Player
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Gəncə şəhəri, Nizami rayonu, Ə.Nəzmi küçəsində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları birlikdə əraziyə baxış keçiriblər. 2 ədəd 122 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
- Baxış: 1009