Gəncə çayının sol sahilində Məmməd Bürcəliyev küçəsində yerləşən Sahil bağı uzun müddət idi ki, baxımsız vəzyyətdə idi. Ərazisi 1 ha-ya yaxın olan istirahət məkanının ətrafında yaşayan 100-ə yaxın ailə, eləcədə şəhər sakinləri burada dincələ bilmirdilər. Məsələ Kəpəz TV-nin efirində də işıqlandırılmışdı. Sakinlərin irad və şikayətlərindən sonra parkın ərazisi Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən təmizlənib. Ağacların dibləri yumşaldılıb, qurumuş budaqlar budanıb. Həmçinin park ərazisində görkəmli şair Abbas Səhhətin, eləcə də rus pilot Leonid İvanovun qəbrinin ətrafı təmizlənib, mövsümü gül-çiçəklər əkilib. Yığılan zibillər ərazidən uzaqlaşdırılıb. İstirahət güşəsinin təmizliyi, eləcə də yaşıllığının qorunması daim nəzarətdə saxlanılacaq.
Elmar Əzizov - Gəncə Şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin rəisi: Yaşıllaşdırma şöbəsi tərəfindən mütamadi olaraq burdakı ağaclar, yaşıllıqlar artıq daim qorunacaqdır. Burada yaşayan sakinlərin istirahəti üçün müvafiq qaydaya uyğun park şəklində onların istifadəsinə veriləcəkdir. Burada su və kanalizasiya xətlərinin çəkildiyinə görə yolda qazıntı işləri gedib. Yaxın gələcəkdə bu parkın asfalt döşəməsi bərpa olunaraq sakinlərin mədəni istirahəti üçün təhvil veriləcək.
Reyhan Hümbətova - sakin: Bərbad vəziyyətdə idi, uşaqlarımız küçəyə çıxa bilmirdilər. Burda oturub nəfəs olmaq olmurdu. İndi çox sağ olsunlar ki, təmizlədilər.
- Baxış: 472