• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 26.08.2020 19:45

"Azərbaycan beynəlxalq arenada böyük nüfuz qazanıb"

KepezTV Player

Fəxr edirəm ki, Azərbaycan beynəlxalq arenada böyük nüfuz qazanıb. Bunu o da sübut edir ki, ölkəmiz dünyanın 155 dövlətinin dəstəyi ilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Ötən ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilib. Həmin ilin payızında ölkəmiz həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyi qəbul edib. Azərbaycan dünya multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunları Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovun 70 illik yubileyi münasibətilə “MGIMO Journal”a verdiyi müsahibədə qeyd edib. Dövlət başçısı bildirib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı biliklər bu gün də fəaliyyətində kömək edir. İnstitut nəinki Rusiyada, hətta dünyada dərin və möhkəm ənənələrə malik olan aparıcı ali məktəblərdən biridir. Ali məktəbin yüksək ixtisaslı diplomat kadrların hazırlanması üzrə nüfuzlu mərkəzlərdən biri kimi təşəkkülündə və inkişafında Anatoli Vasilyeviç Torkunovun xidmətləri danılmazdır.