• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1067
— 26.08.2020 19:19

Keçmiş məhkumdan 400 kq narkotik götürülüb

KepezTV Player

Kirayə mənzil tutub orada narkotik əkib-becərdi. Mühafizə üçün məkana kənardan idarə olunan kamera da quraşdırdı. Yevlaxda saxlanılan keçmiş məhkumun əməlləri barədə videomaterialımız var.

Yevlax polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitki yetişdirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum edilmiş Tariyel Məmmədov saxlanılıb. Onun şəhər ərazisində kirayə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi uzunluğu 45 sm-dən 330 sm-dək olan, çəkisi 400 kiloqrama yaxın 149 ədəd çətənə kolu, satış üçün qablaşdırdığı, ümumi çəkisi 1 kiloqram 300 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Tariyel Məmmədovun narkotik plantasiyasının mühafizəsi məqsədilə istifadə etdiyi, kənardan idarəolunan videokamera, gecə görüntüsü üçün xüsusi hazırlanmış fənər, elektron tərəzi, müxtəlif növ vasitələr, qurğular da maddi sübut kimi götürülüb. Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.