• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 26.08.2020 19:14

Arvadını öldürmək istəyən tutuldu

KepezTV Player

Avqustun 15-də Abşeron rayon sakini Şəhanə Məmmədovanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, zərərçəkənin əri Baba Məmmədov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməyə cəhd edib. Baba Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.