• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 26.08.2020 17:43

50 ailənin problemi diqqətdədir

KepezTV Player

Gəncənin Poçt qəsəbəsi, Aydınbəyov küçəsi, 49 ünvanının sakinləri yaşadıqları binanın zirzəmisinin bərbad vəziyyətindən narahatdırlar. Onlar fasad hissədə olan çatların binanı qəzalı vəziyyətə sala biləcəyindən ehtiyat edirlər. Sakinlər məsələ ilə aidiyyəti qurumlara müraciət də ediblər. Bəs qarşı tərəfin cavabı necə olub? Süjetdən biləcəyik.

1974-cü ildə istismara verilən 5 mərtəbəli binada 50 ailə yaşayır. Bir neçə il əvvəl şəhərdə aparılan yenilənmə işləri çərçivəsində binanın dam örtüyü dəyişdirilib. Lakin tikilinin fasadında olan çatlar, eləcə də zirzəmisinə yığılan su sakinləri narahat edir. Onlar problemin tez bir zamanda aradan qaldırılmasını xahiş edirlər.

Qalib Süleymanov - sakin: Bir dənə bunun zirzəmisinə baxsınlar ki, bura nə gündədir. Xahiş edirik ki, gəlib bunu bərpa etsinlər, düzəltsinər.

Elmira Cəfərova - sakin: Binamızın vəziyyəti bərbad haldadır. Xahiş edirəm ki, gəlib baxıb nəticə götürələr.

Məsələdən aidiyyəti qurumların xəbəri var. Qarşı tərəf arxayın edir ki, narahatlığa əsas yoxdur. Çünki ciddi təhlükədən söhbət gedə bilməz.

Elşad Əsgərov - Gəncə Şəhər MKTİB-in rəis müavini: Orda qəzalı bir şey görsənmir. Düzdü orda çatlar var, suvağın tökülməsi var. Onlar xırda işlərdi biz onları edə bilərik. Ancaq onun qəzalı vəziyyətdə tam təmirini biz qərar verə bilmərik. Ona Fövqalada Halllar Nazirliyi qərar verməlidir. Onunla bağlı Fövqəladə Hallar Nazirliyinə şəkili də çəkilib, yaşayışçılar tərəfindən müraciət də olunubdur. Orda komissiya işləyir. Nə vaxt bizə rəy veriləcəksə təmir olunmalıdır, bura qəzalı vəziyyətdədir, Şəhər İcra Hakimiyyəti ilə FHN bu işlə məşğul olacaqdır.

Yaşar Məhərrəmov - "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinin direktor müavini: Birinci mərtəbədə olan vətəndaşın hamamından axan sudur. Orda bizim magistral xəttimizdə problem yoxdur. Orada qəzalar baş verəndə onun tədbirini görürük. Hətta biz orada borulara kimi dəyişmişik.)) ((K/A)) Binanın vəziyyəti ilə bağlı FHN-dən qərarın 1 ay müddətinə veriləcəyi gözlənilir. Aydınbəyov küçəsi, bina 49-un sakinlərinə isə bu müddəti gözləmək qalır.

 

Elnur Vahidoğlu