• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1642
— 26.08.2020 11:32

Erməni komandirə 5 maddə ilə iş açılıb

KepezTV Player

Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 31 yaşlı Qurgen Alaverdyana qarşı cinayət işi açılıb. Onun Ermənistan Silahlı Qüvvələrinin apardığı təcavüzkar müharibələr nəticəsində işğal edilən Kəlbəcər rayonu ərazisində qanunsuz olaraq yaradılan silahlı birləşmələrin tərkibində iştirak edərək Azərbaycanın hərbi qulluqçularına, müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etməsinə, habelə onlara qarşı zorakılıq hərəkətləri etməsinə, insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə yönələn hərəkətlər törətməsinə, eləcə də, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatı əldə edib saxlaması, daşıması və gəzdirməsinə, habelə Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə bu il 23 avqustda ölkəmizin təhlükəsizliyi zərərinə istifadə olunması məqsədilə dövlət sirri təşkil edən məlumatları toplamaq və Ermənistana ötürmək məqsədilə casusluq etməklə dövlət sərhədini qanunsuz olaraq keçməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin təcavüzkar müharibəni aparma, casusluq, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə və Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə cinayət işi başlanıb.