• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 25.08.2020 20:41

Şəmkirdə üzüm bağlarda qalıb

KepezTV Player

Üzümçülüklə bağlı tarixi ənənələri olan Şəmkir rayonunda bu il də məhsuldarlıq yüksəkdir. Lakin bolluq təsərrüfat sahiblərini sevindirməyib. Qiymət o qədər ucuzlaşıb ki, bağ sahibləri üzümü dərmədən məhv edirlər.

Becərmişik sata bilmirik. Məhsul da xarab olub gedir. Çürümə başlayıb. Yağışlar da çürüməni gücləndirir. Nə qarşısını almaq mümkündür, nə də satmaq mükündür. Bax beləcə qalıb tənəklərdə.

Şəmkir rayonunun Ağlavaşlı kəndində üzümçülüklə məşğul olan fermerlər artıq bir neçə ildir məhsulun satışında çətinliklərlə qarşılaşırlar. Ötən il qonşu dövlətlərə daşınmada problemlə üzləşən bağ sahibləri bu il yerli bazarlarda da alıcı tapa bilmirlər.

Lətif Mehtiyev bağ sahibi: Bu dəqiqə hazırda üzümlər başında qalıb. Sata bilmirik. Bazar aparmır, toylar da yoxdur. Hamısının təsiri var. Üzümlər əlimizdə qalıb.

Bağ sahibləri deyirlər ki, illər əvvəl avqust ayında ən azı 1 manat - 1 manat 50 qəpiyə satılan üzümü indi heç 30 qəpiyə də alan yoxdur. Bu səbəbdən də bəzi fermerlər məhsulu göz görə-görə yandırırlar. Təsərrüfatçılar yaranmış vəziyyəti yerlərdə emal müəssisələrinin azlığı ilə əlaqələndirirlər.

Azər Mehtiyev bağ sahibi: Yaxşı emal müəssisələri qurulmalıdır. Onlar da qiymətə bir balaca fikir verməlidir. Əllərində qalıb deyə belini qırmamalıdırlar. Ötən il Tovuzda bir zavod açılıb, yenə sağ olsunlar bizə xeyli köməkləri dəydi.

Üzümün maya dəyərindən aşağı qiymətə satşını məqbul saymayan fermerlərin növbəti il üçün nə edəcəkləri hələlik qaranlıq qalır. Hazırda Şəmkir rayonunda 556 hektar üzüm bağı var. Hər il bu bağlarda orta məhsuldarlıq 180 sentnerə yaxın olur.

Natiq Hüseyn