• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1393
— 25.08.2020 12:33

Magistraturaların boş qalan yerlərinə qəbul aparılır

KepezTV Player

Dövlət İmtahan Mərkəzi bu gündən avqustun 31-dək 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi elan edir. Qəbul fevralın 23-də keçi­rilən qəbul imtahanında toplanılan ballar əsasında aparılır.Bakalavrlar müsabiqədə iştirak etmək üçün 31 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.