• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 25.08.2020 12:29

Həsənovun cinayət işi Baş Prokurorluğa verilib

KepezTV Player

Baş Prokurorluq sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun barəsində olan cinayət işinin Dövlət Təhlükəsizliyi Xidmətindən alınaraq Baş Prokurorluğa verilməsi barədə məlumatı təsdiqləyib. Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildirilib ki, hazırda Eldar Həsənov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Xatırladaq ki, DTX-nin yaydığı məlumatda qeyd olunurdu ki, maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı sabiq səfiri Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Həsənov barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.