• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 784
— 24.08.2020 19:59

Diabetdən əziyyət çəkənlərin nəzərinə

KepezTV Player

Hava şəraitindəki dəyişiklik insan orqanizminə birbaşa təsir edir və bu da immuniteti zəif, xəstə insanların səhhətində müəyyən problemlərə gətirib çıxarır. Mütəxəssislər xəbərdarlıq edirlər: Risk qrupuna daxil olan diabet xəstələri daha ehtiyatlı olmalıdırlar. Həkim qabaqlayıcı tədbirlərdən danışıb.

Tibb işçilərinin dediyi kimi, diabet və digər metobolik xəstəliklər hava dəyişkənliyinə daha həssas xəstə qruplarıdır. Belə ki, yay aylarından payıza və yaxud da yazdan yaya keçən dövrdə şəkər səviyyələrində ciddi oynamalar müşahidə olunur. Bəzən diabet xəstələrində orqanizm yeni perioda uyğunlaşma zamanı çətinlik çəkir.

Soyuq havalarda yuxarı tənəffüs yolları problemləri ilə daha çox qarşılaşırıq. Oktyabr və noyabra doğru isə bu xəstəlik daha da artır. Həkimin sözlərinə görə, bu müddətdə diabet xəstələri özlərinə xüsusi nəzarət etməlidirlər .

Mütəxəssis deyir ki, diabetdən əziyyət çəkənlər hava dəyişkənliyi zamanı mütləq həkimləri ilə kontaktda olmalıdırlar. Dərmanları yenidən gözdən keçirməli, insulin səviyyələri yenidən təyin olunmalı və buna uyğun olaraq, xəstəyə yeni bir həyat tərzi planı hazırlanmalıdır.