KepezTV Player
Gürcüstanın Duşeti bələdiyyəsində Şatili kəndi ərazisində ağır qəza baş verib. Mikroavtobusun 80 metr yüksəklikdən uçuruma aşması nəticəsində son məlumata görə, 17 nəfər ölüb. Şahidlərin sözlərinə görə, yüksək sürətlə hərəkətdə olan mikroavtobus əvvəlcə qarşıdan gələn avtomobilə çırpılıb, sonra uçruma aşıb. Relyefin mürəkkəbliyi və çətin meteoroloji şəraitə baxmayaraq, axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir Giorgi Qaxariya qəzada ölənlərin yaxınlarına başsağlığı veriblər. Avqustun 25-i ölkədə matəm günü elan olunub.
- Baxış: 689